Litva mətbəxindən nümunələr

7 "Ç" sinfinin şagirdləri texnologiya dərsində XV Avropa Olimpiada Təhsil və Mədəniyyət Festivalı çərçivəsində qardaşlaşmış ölkə Litva Respublikasının mətbəxinin məşhur milli yeməkləri olan "şaltibarşay" və "çeppilini" hazırladılar. Dost xalqın kulinariya nümunəsinı hazırlamaqdan ötrü uşaqlar texnologiya müəllimi Abidət Mirzəyevanın köməyi ilə internetdən ətraflı məlumat toplayaraq, mövzu ilə bağlı çoxlu reseptləri nəzərdən keçirdilər. Nəhayət ki, Litva xalqının ən bəyənilən milli yeməklərini öz əlləri ilə hazırlaya bildilər. Balaca aşpazların hazırladıqları əl işini dadaraq qiymətləndirmək isə sinif rəhbəri Vüsalə müəllimə qismət oldu.