Qisasını düşmənlərdən biz alacağıq...

Məktəbin Fəaliyyət Planına əsasən "Xocalı həftəsi"ndə bütün siniflərdə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı "Xocalıya gedən yol", "Unutmadıq, unutmarıq", " Qisasını düşmənlərdən biz alacağaıq!". "Xocalısız keçən 27 il" və s. mövzusunda sinif saatları keçirildi. Sinif saatlarında şagirdlər Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan xalqına qarşı törədilmiş misli görünməmiş ədalətsizlikdən söz açaraq, müxtəlif faktlar səsləndirmiş, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək, onları heç zaman unutmayacaqlarına və böyüyəndə ölkəmizin ərazi bütövlüyünü qoruyacaqlarına and içdilər.