Batut gimnastikası üzrə yarışın qalibi

Məktəbin 3 B sinif şagirdi, dərs əlaçısı Selcan Bəşirli artıq 4 ildir ki, gimnasika ilə məşğul olur. İradə müəllim və sinif yoldaşları Selcanı mehriban və aöıllı olduğuna görə çox sevir. İstedadlı şagirdimiz sevdiyi idman növündə özünün ilk uğurlarını qazanmaqdadır.Beləki, Selcan yenicə daha bir uğura imza ataraq, həm valideynlərini, həm də müəllimlərini sevindirmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin keçirdiyi açıq birincilkdə batut gimnastikası üzrə yarışda fərqlənərək, diplomla təltif olunmuşdur.