İnfeksion xəstəliklərin yayılmasına qarşı profilaktik tədbirlər

Məktəbin Fəaliyyət Planının 3.2.2 - ci bəndinə uyğun olaraq təhsilalanların sağlamlığının təmin edilməsi, xəstəliklərin qarşısının alınması üçün şagirdlər arasında maarifləndirmə işlərinin aparılması və Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin 12.02.2019-cu il tarixli №02-57/18 məktubuna əsasən xəstələrin ilkin xəstəlik dövründə filtr aparılaraq aşkarlanması məqsədi ilə məktəbin tibb işçisi Ləman xanım Nuriyeva tərəfindən mütəmadi olaraq müxtəlif siniflərə reydlər keçirilir. Son dövrlərdə hava-damcı yolu ilə yayılan bir çox infeksiyalar - qrip, suçiçəyi, qızılça və s. xəstəliklərin yoluxma ehtimalının qarşısının alınması və profilaktikası məqsədi ilə bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilmişdir . Beləki, sanitar gigiyenik qaydalara uyğun olaraq məktəbin sinif otaqlarında nəm üsulla təmizlik işləri, sinif otaqlarının havalandırılması, tibb kabinetinin sanitariya normalarına uyğun təşkil edilməsi və s. kimi işlər görülmüşdür.