Xocalıya gedən yol

   “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə və məktəbin Fəaliyyət Planına əsasən fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr ediləcək. Eyni zamanda, cari həftə məktəbdə “Xocalıya gedən yol” mövzusunda esse yarışmasının, rəsm sərgisinin, toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.
Fevral ayının 26-sında 162 nömrəli məktəbin rəhbərliyi müəllim kollektivi ilə birlikdə  Xətai rayonu ərazisində yerləşən “Ana fəryadı” abidəsini ziyarət edəcəklər. Günün ikinci yarısında Şəhid Etibar Əliyevin ailəsi ilə birlikdə Gənclərin məktəbin hərbi rəhbəri Sarvan Şirinovun 11-ci sinifdə Çağırışaqədərki Hazırlığı dərsi izləniləcəkdir.
    Qeyd olunan tədbirlərin keçirilməsi ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədlərinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi