Valideynin məktəbdə bir günü

Bu gün 162 nömrəli məktəbdə Bakı Şəhəri Təhsil İdarəsinin 29.01.2019-cu il tarixli F-66 nömrəlil əmrinə əsasən "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirildi. Öncədən tərtib olunmuş proqrama əsasən valideynlər akt zalına dəvət olundu və məktəb rəhbərliyi tərəfindən 30 dəqiqə ərzində layihənin mahiyyəti, müsbət valideyn-məktəb münasibətlərinin keyfiyyətli tədrisə təsiri, habelə məktəbin son 3 ildə qazandığı uğurlar haqqında məlumatlandırıldılar. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri Tünzalə Mikayılova və Sevinc Əliyeva dinləniləcək dərslərin qrafiki haqqında məlumat verdilər. Akt zalında keçirilən rəsmi açılışdan sonra valideynlər məktəb infrastrukturu ilə yaxından əyani olaraq tanış olmaq üçün məktəbi gəzdilər. Onlar kimya, biologiya, fizika, informatika fənn kabinələrinə, ekosinif, leqosinif, idman zalı, bufet, tibb otağı, hərbi hazırlıq otağında mini kazarma və s. otaqlara baş çəkdilər. Onlar " Məktəbin Fəxri Qonaqları" kitabına məktəb haqda ürək sözlərini qeyd etdilər, "Şikayət, rəy və təkliflər" qutusuna öz tövsiyyələri yazılmış məktublar atdılar. Daha sonra valideynlər qruplar şəklində bölünərək, 12 müxtəlif sinifdə fizika, riyaziyyat, ana dili, ədəbiyyat, ingilis dili, informatika, fiziki tərbiyə, həyat bilgisi, rus dili, Gənclərin Çağırışaqədərki Hazırlığı, Azərbaycan dili və s. fənlər üzrə dərslərdə iştirak etdilər. Dərsdinləmələr bitdikdən sonra valideynlər yenidən akt zalında toplaşıb, dərsləri müzakirə edərək təklif, tövsiyyə və minnətdarlıqlarını bildirdilər. Sonda valideynlər "Ədəbiyyatsevərlər" dərnəyinin rəhbəri, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Səmədova və konsertmeystr, məktəbin musiqi müəllimi Gülarə Müslümovanın birgə hazırladığı "Ana dilim - varlığım" mövzusunda ədəbi-bədii kompozisiyanı seyr etdilər. "Ədəbiyyatsevərlər" dərnəyinin üzvləri olan şagirdlər Azərbaycan yazıçılarının obrazlarını yaradaraq, məşhur əsərlərdən parçaları məharətlə ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi