" Şən startlar " idman yarışına hazırlıq

Xəbər verdiyimiz kimi, 162 nömrəli məktəb Yeniyetmələr arasında XV Avropa Olimpiya Mədəniyyət və Təhsil Festivalında iştirak edəcək təhsil müəssisələri sırasında yer alır. 6 fevral 2019-cu il tarixdə məktəb rəhbərləri ilə keçirilmiş görüş zamanı püşkatma keçirilmiş və qardaşlaşmaq məqsədilə hər məktəbə bir ölkə təyin edilmişdir ki, 162 nömrəli məktəbə də Litva Respublikası ilə əməkdaşlıq düşmüşdür. Bu layihəyə cəlb edilmiş siniflərdən biri də rus bölməsinin 4 R sinfidir. Bu gün sinif rəhbəri İradə Hüseynovanın rəhbərliyi ilə 4-cü sinif şagirdlərindən ibarət "Bakı" və "Vilnüs" komandaları arasında "Şən startlar" idman yarışına hazırlıq məqsədi ilə məşqlər keçirildi. Məşqlər böyük ruh yüksəkliyi və coşqu ilə müşayiət olundu.