Nağılı tap

Məktəbin rus bölməsinin 2 R1 sinfinin rəhbəri Olqa İqorevna Erzixanova şagirdlərin asudə vaxtının səmərəli keçirilməsinə xüsusi diqqət yetirir. Şagirdlərdə dünyagörüşünün, mütaliə vərdişlərinin və qüsursuz nitq qabiliyyətinin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq "Mən oxudum, sən də oxu " layihəsi çərçivəsində dünya xalqlarının nağıllarını mütaliə edirlər. Kollektiv şəkildə Səməd Vurğun adına Rus Dram Teatrının "Nağılı tap" tamaşasında iştirak edən sinif şagirdləri kitab səhifələrindən onlara yaxşı tanış olan nağıl qəhrəmanlarını canlı olaraq görmək imkanı qazandılar. Tamaşanı həvəslə izləyən ikincilər teatrdan unudulmaz təəssüratlarla ayrıldılar.