Məktəb - valideyn - şagird üçbucağına yeni baxış

Fevral ayının 20-də 162 nömrəli məktəbdə BŞTİ-nin 28.01.2019-cu il tarixli 66№-li əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 valideynlə qeyri-formal şəraitdə görüş keçiriləcəkdir. Valideynlər 4 saat ərzində məktəb infrastrukturu ilə yaxından əyani tanış olacaq, seminarda iştirak edəcək, müxtəlif fənnlər olmaqla 12 açıq dərsi izləyəcək və "Ədəbiyyatsevərlər" məktəb özfəaliyyət dərnəyi ilə ”İncilər “ uşaq xorunun birgə hazırladığı “Ana dilim - varlığım” adlı bədii hissəni seyr edəcəklər.