Gənc mühəndis Amil Məmmədli

Sizə "Gənc mühəndis" layihəsinin iştirakçısı, qeyri-adi bacarıq sahibi 5-ci sinif şagirdi Amil Məmmədlidən danışmaq istəyirik. Amil yaşının az olmasına baxmayaraq elm və texnologiya ilə maraqlanır və hətta bir robotu 2-3 saat ərzində tam hazırlaya bilir. Bu sahəyə həvəsini Amil belə açıqlayır: “Beşinci sinifdə oxuyuram. Robotları lap balacalıqdan çox sevirəm. İki-üç saat ərzində, tək başıma proqramla robot yığmışam. Bu robotu yığanda nə müəllimdən, nə də uşaqlardan kömək almamışam. Hələlik yarışlarda iştirak etməmişəm amma yazda komandamızla yarışa gedəcəyik”. 
Amili istiqamətləndirən, robot hazırlığında kömək edən komanda rəhbəri, məktəbin ibtidai sinif müəllimi Rəna Mirzəlıyeva da balaca ixtiraçı haqda xoş sözlər deyərək, onun ən ümidverici komanda üzvü olmasından bəhs etdi. Gənc müəllimə Rəna Mirzəliyeva özü isə İbtidai sinif müəlliməsi olmasına baxmayaraq, kompüterə və texnikayla hədsiz marağı olduğundan komandaya könüllü rəhbərlik edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi