Sirius - ən parlaq ulduz

162 nömrəli məktəbin "Sirius" komandası LEQO - Təhsil robotları layihəsində müvəffəqiyyətlə iştirak edir. Öz komandalarını kosmosda ən parlaq ulduz olan Siriusun adı ilə adlandıran komanda bu il aprelin 6-da keçiriləcək FLL yarışlarında qalib gəlməyə iddialıdır. Komanda üzvləri Əbdülrəhman, Elzamin, Bəhram, Mədinə, Fərid və Aytac qarşıdan gələn yarışa səylə hazırlaşırlar. Öz təxəyyül və fantaziyalarını praktik bacarıqlara yiyələnərək tətbiq edən uşaqlar asudə vaxtlarında sevdikləri işlə - təhsil robotlarının hazırlanması və müəyyən missiyaların yerinə yetirilməsi ilə məşğul olurlar.