Fəxri kürsünün ən yüksək pilləsində

Məktəbin 7 B sinif şagirdi Vaqif Nağıyev bir neçə ildir ki, peşəkar idmanla məşğul olur. Onun qazandığı zəfərlər siyahısında biri-birindən uğurlu qalibiyyətlərə rast gəlmək mümkündür. Beləki, sarsılmaz idmançı Gürcüstan Respublikasında kikboksinq idman növü üzrə Zaqafqaziya ölkələri arasında keçirilən beynəlxalq yarışlarda dalbadal 3 dəfə erməni əsilli idmançılara qalib gələrək, Fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq 1-ci yerin qalibi olmuşdur.