Qərbi Kaspi Universitetinin əməkdaşları ilə görüş

Bu gün məktəbin akt zalında Qərbi Kaspi Universitetinin əməkdaşları: İnformasiya Texnologiyaları və Maşınlar kafedrasının müəllimi Aygün xanım Bəkirova və təlimçi, İnsan Mühəndisliyi proqramının rəhbəri Rövşən Nəcəfov 9-11-ci sinif şagirdləri üçün "İmtahan stressinin idarə olunması" mövzusunda seminar-təlim keçirdilər. Bir neçə gün sonra 9-cu siniflərdə buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsini nəzərə alan təlimçilər şagirdlərdə imtahan öncəsi həyəcan, stressin idarə olunması, uğurlu karyera seçiminin əsasları və s. haqqında geniş məlumat verdilər. Sonda şagirdləri narahat edən suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi