XV Avropa Gənclər Olimpiya Festivalına hazırlaşrıq

Tədbirdə keçirilən püşkatma zamanı 162 nömrəli məktəbə Litva Respublikasının adı çıxdı. Beləliklə də, Azərbaycanda 20-28 iyul tarixlərində keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında məktəbimiz Litva Respublikası ilə əməkdaşlıq edəcək. Bu münasibətlə bu gün keçirilən direktoryanı müşavirədə Festival komissiyası yaradıldı. Komissiyanın rəhbəri və koordinatoru məktəbin fəal gənc müəllimləri olan ingilis dili müəllimi Vüsalə Mirzəyeva və ibtidai sinif müəllimi Heydərzadə Günay seçildi. Layihənin davam edəcəyi 5 ay ərzində görüləcək işlərin planı hazırlandı və 7 nəfərdən ibarət komissiya üzvləri arasında operativ olaraq iş bölgüsü aparıldı.