Sinfin və müəllimlərin sevimlisi

Sinfin və müəllimlərin sevimlisi Əli Məktəbin 2 Ç sinif şagirdi Aslanov Əli Rəna müəllimin və dostlarının sevimlisidir. Onu ətrafdakılara sevdirən xasiyyətində olan müsbət keyfiyyətlərdir. Əli mehriban, təvazökar olmaqla yanaşı, həm də kiçik yaşlarından məşğul olduğu sevimli idman növü üzrə ilk uğurlarına imza atmağa başlamışdır. Balaca Əli "Əhmədli" İdman Klubunda cüdo idman növü üzrə 2010-cu il təvəllüdlü idmançılar arasında 23 kq çəki dərəcəsində qalib olaraq 2-ci yerə layiq görülmüşdür.