Yüksək texnikalı idmançı

Yüksək texnikalı idmançı Məktəbin rus bölməsinin 5 R sinfində təhsil alan Əziz Həsənli artıq bir neçə ildir ki, idmanla fəal məşğul olur. Əziz Azərbaycan Texniki Universitetinin nəzdində yaradılmış idman klubunda kikboksinq idman növü üzrə keçirilmiş yoldaşlıq görüşündə yüksək texnikalı idmançı adına layiq görülməklə yanaşı, eyni zamanda 40 kq çəki dərəcəsində 1-ci yerin qalibi olmuşdur.