Pedaqoji Şuranın növbəti iclası

Pedaqoji Şuranın 1- ci yarımilin yekunlarına həsr olunmuş iclasında arxada qalan yarımildə görülən işlər haqqında direktor müavinləri, psixoloq, metodbirləşmə və sinif rəhbərlərinin hesabatları dinlənildi. Hər bir müəllimin, xüsusilə pedaqoji fəaliyyətə bu il başlamış gənc müəllimlərin yarımillik fəaliyyəti hərtərəfli araşdırıldı.Geniş müzakirələrdən sonra məktəbin direktoru Sevinc Abbasova 2-ci yarımildə həyata keçirilməsi nəzərdə tutulmuş layihələrdən və kolllektivin qarşısında duran vəzifələrdən söz açaraq, öndə duran hədəfləri dəqiqləşdirdi.Yığıncağn sonunda 1-ci yarımildə pedaqoji fəaliyyətinə və məktəbin ictimai həyatında göstərdiyi fəallığa görə kollektivin bir qrup üzvü Fəxri Fərmanlarla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi