Məktəblilərin qış istrahətinin səmərəli təşkili

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə məktəblilərin qış tətilinin daha maraqlı və unudulmaz keçməsi üçün bir sıra tədbirlər planı hazırlanaraq həyata keçirilmişdir. Belə ki, tətil günlərində uşaqlar Səbail rayonu ərazisində yerləşən bir çox muzeylərdə, əyləncə mərkəzlərində və s. tam ödənişsiz olaraq iştirak etmək, sinemaklubda maraqlı filmlər seyr etmək imkanı qazanmışlar. Məktəb rəhbərliyinin tövsiyəsi ilə Səbail Rayon İH - nin təşkil etdiyi tədbirlərə 1 - ci yarımildə təhsildə uğurlu nəticə göstərmiş və məktəbin reytinq cədvəlində ön sıralarda dayanan siniflər cəlb olunmuşlar. Belə ki, 8 B sinfi sinif rəhbəri Rəfiqə Nəcəfova ilə Park Bulvar ərazisində yerləşən sinemaklubda maraqlı film nümayişində , 7 Ç sinfi sinif rəhbəri Səbinə Səmədova ilə xalça muzeyində, 7B sinfi isə sinif rəhbəri Sevda Sarıyeva ilə tarix muzeyində olmuşlar.