Məktəbdaxili qiymətləndirmədə yeni qaydaların müzakirəsi

Bu gün məktəbdaxili qiymətləndirmənin aparılmasında tətbiq olunan yeniliklərə həsr olunmuş direktoryanı müşavirə keçirildi. İbtidai siniflər üźrə metodbirləşmə rəhbəri, təcrübəli müəllim Sona Əliyeva müəllimlər otağına toplaşmış müəllimlərə KSQ və BSQ-lərə görə verilmiş düstur əsasında 1- ci yarımil qiymətlərinin düzgün hesablanması qaydasını əyani şəkildə nümayiş etdirdi. Daha sonra direktor müavinləri müəllimlərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırdı.