AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbin "Kiçik Akademiya"sı arasında əlaqələr genişlənir

Bu gün AMEA RMI GAMŞ-ın sədri, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, aparici elmi işçi Famil Seyfullayev və AMEA RMI GAMŞ-ın məsul katibi, elmi işçi Aida xanım Quliyeva 162 nömrəli məktəbin qonağı oldu. Görüş zamanı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbin "Kiçik Akademiya"sı arasında cari tədris ilində birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyət planı müzakirə olundu. Fəaliyyət Planında aşağıdakı bəndlər yer alır:
1. İnstitutun əməkdaşları tərəfindən texniki təmayüllü XI siniflərdə çətin qavranılan mövzular üzrə riyaziyyat dərslərinin tədrisi.
2. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda məktəbin riyaziyyat müəllimlərinin və texniki təmayüllü X-XI siniflərdə seminarların təşkili.
3. 5-6-cı siniflər arasında "Məntiqlə düşün" bilik yarışının keçirilməsi.
4.Veb proqramlaşdırma seminarlarını keçirilməsi (saytın yaradılması ə idarə olunması)
5. Texniki elmlərlə bağlı məqalələrin təqdimatı müsabiqəsi
6. VI siniflərdə məntiq dərslərinin təşkili
Yuxarıda sadalananlarla yanaşı hər iki təhsil müəssisəsi arasında müştərək yay məktəbinin təşkil olunması məsələsi də müzakirə mövzusu oldu.
Fəaliyyət Planının icrasına 2-ci yarımildən başlanılması nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edək ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə məktəbimizin qarşılıqlı əlaqəsi artıq iki ildir ki, mövcuddur və şagirdlərin texniki fənlərə istiqamətlənməsinə şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi