Rəsm və esse yarışması

Bu gün 162 nömrəli məktəb Səbail rayonu Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə keçirilən 20 Yanvar şəhidlərinin 29-cu ildönümünə həsr olunmuş rəsm və esse yarışmasına ev sahibliyi etdi. Yarışmada Səbail rayonunda yerləşən 16 məktəbin şagirdi iştirak etdi. Onlar xalqımızın qəhrəmanlıq salnaməsi sayılan 20 yanvar faciəsini öz uşaq təxəyyüllərinin süzgəcindən keçirərək, söz və rənglərin köməyi ilə kağız üzərinə köçürdülər.