Asudə vaxtı necə keçirməli?

Məktəbimizdə asudə vaxtlarda idmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərimiz çoxdur. Onlar zaman-zaman qazandıqları nailiyyətlər ilə həm valideynlərini, həm də müəllimlərini sevindirirlər. Bu yaxınlarda belə şagirdlər sırasına Aslanov qardaşlarının adları da əlavə olunmuşdur. Belə ki, birinci sinif şagirdi Aslanov Kamal və ikinci sinif şagirdi Aslanov Əli Beynəlxalq Cüdo Federasiyasının 2011-2012-ci il təvəllüdlü idmançılar arasında "Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş Judo Club - 2020 açıq birinciliyində 21 kq çəki dərəcəsində müvafiq olaraq I və II yerlərin qalibi olmuşlar.