3, 5, 7-ci siniflərdə monitorinq
Şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, buraxılış fənləri üzrə keyfiyyətin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə bu gün məktəbdə 3, 5, 7-ci siniflərdə təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Monitorinqin nəticələi məktəb monitorinq komissiyasının üzvləri tərəfindən araşdırılaraq təhlil edildikdən sonra valideynlərə məlumat verilməsi planlaşdırılır.