Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni - 2019-cu ilə həsr olunmuş hesabat xarakterli ümumməktəb tədbiri keçirildi. Tədbirdə şagirdlər əlamətdar gün, onun yaranma tarixi haqqında, eyni zamanda arxada qalan 2018-ci ildə məktəbin əldə etdiyi uğurlar haqqında ətraflı məlumat verdilər. Daha sonra şagirdlər məktəb kollektivini dünya xalqlarının dilində səsləndirdikləri mahnı və şeirlərlə təbrik etdilər.