Heydər Əliyev irsini öyrənirik

Səbail rayonunda "Heydər Əliyev irsini öyrənirik" çərçivəsində növbəti dərs bu gün 27 dekabrda BŞTİ tərəfindən mərkəz təyin olunmuş 162 nömrəli məktəbdə 51 və 162 nömrəli məktəbin 11-ci sinif şagirdlərinin və hər iki məktəbin rəhbərliyinin iştirakı ilə keçirildi. Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsinə həsr olunmuş "Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir" mövzusunda növbəti dərs 162 nömrəli məktəbin tarix müəllimi Sevda Sarıyeva tərəfindən təqdim olundu. Tədbir zamanı öncə iştirakçılar ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli kadrlar nümayiş olundu. Sonda 162 nömrəli məktəbin "İncilər" uşaq xorunun ifasında "Xalq Heydər söyləyəcək!" mahnısı səsləndirildi.