Azərbaycan dili və riyaziyyat aylığı davam edir

Məktəbin Fəaliyyət Planının "I-XI siniflərdə şagird nailiyyətlərinin izlənilməsi" bölməsinin 1.1.1.9-cu bəndinə əsasən dekabr ayında Azərbaycan dili və riyaziyyat fənnlərinin keyfiyyətinin izlənilməsinə həsr olunmuş "Azərbaycan dili və riyaziyyat aylığı" davam edir. Yoxlamalarda tədris prosesində müasir təlim, metod və texnologiyalarının tətbiqinin öyrənilməsi, müəllimlərin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim-şagird münasibətlərinin təhlilinin aparılmasına xüsusi diqqət yetirilir.
Bu məqsədlə bu gün texniki və humanitar təmayüllü 10-cu siniflərdə dərsdinləmələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi