11-ci siniflərdə monitorinq keçirildi

Məlumat verildiyi kimi, 2019-cu il üçün 11-ci siniflərdə imtahanlarında 4 ixtisas bloku yaradılıb. Hər ixtisas blokunda 3 fənn yer alır. Artıq şagird mövcud maksimum 700 balın 400 balını qəbul imtahanından, 300 balını isə buraxılış imtahanından toplaya biləcək. Beləliklə də buraxılış imtahanlarının qəbul nəticələrinə təsir etməsi mümkün olacaq ki, nəticədə orta məktəblərin praktiki əhəmiyyəti artmış olacaq. Bu məqsədlə dekabrın 14-də " Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində Məktəbin Fəaliyyət Planının "Şagird nailiyyətlərinin izlənilməsi" bölməsinin 1.1.1.29 - cu bəndinə əsasən tədris pedaqoji prosesində Azərbaycan və rus bölmələrində texniki və humanitar təmayüllü XI siniflərdə şagird nailiyyətlərinin izlənilməsi məqsədi ilə Azərbaycan dili, (rus bölməsində rus dili) riyaziyyat və ingilis dili fənlərindən direktoryanı monitorinq keçirildi.