"Heydər Əliyev həftəsi"

Məktəbin Fəaliyyət Planının "Məktəbdənkənar fəaliyyətin təşkili" bölməsi üzrə 1.3.13-cü bəndinə əsasən 12 dekabr ərəfəsində müasir Azərbaycanın qurucusu, xalqımızın ümummillli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə cari həftə məktəbdə "Heydər Əliyev həftəsi" elan olunmuşdur. Tədbir çərçivəsində bu gün məktəb kollektivi ulu öndərin foyedə yerləşən büstü önünə çiçəklər düzərək, onun xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.