Yaxşı nəticəli məktəb

2016/2017-ci və 2017/2018-ci tədris ilində ümumi təhsil məktəblərində təhsil almış XI sinif şagirdlərinin buraxılış imtahan nəticələrinin təhlili əsasında hazırlanmış Reytinq cədvəli açıqlanmışdır. Cədvələ görə 162 nömrəli məktəb son iki tədris ili üzrə XI sinif buraxılış imtahanlarında 71, 8% nəticə göstərməyə nail olmuşdur. Beləliklə də, məktəbimiz Səbail rayonu üzrə 2, Bakı məktəbləri arasında isə 18 pillə irəliləyərək, BŞTİ tərəfindən "Yaxşı nəticəli məktəb" kimi qiymətləndirilmişdir. Cari dərs ilində kollektivin hədəfi 90%-dən çox nəticəyə nail olaraq, "Yüksək nəticəli məktəb" statusunu qazanmaqdır.