“Sabahın alimləri” VIII Respublika müsabiqəsinə hazırlıq gedir

Bildiyimiz kimi, artıq “Sabahın alimləri” VIII Respublika müsabiqəsinə start verilmişdir. Bu il məktəbimizi bu yarışmada riyaziyyat və botanika kateqoriyasında iki komandanın təmsil etməsi nəzərdə tutulur. Komandalar artıq layihələr üzrə təcrübə-sınaq işlərinə və məlumatların toplanmasına başlamışlar. Bu məqsədlə bu gün məktəbin nəzdində fəaliyyət göstərən "Kiçik Akademiya" nın prezidenti məktəbin ingilis dili müəllimi Jalə Xanlarzadə KA üzvləri olan 11-ci sinif şagirdləri Lətifə Nəsibova və Müşfiq Abbasov ilə birlikdə elmi rəhbər AMEA Botanika Unstitutunun əməkdaşı, botanika elmləri doktoru Lətafət Mustafayeva ilə növbəti dəfə görüşərək, müsabiqəyə təqdim olunacaq layihəni bir daha gözdən keçirərək, müzakirə etmişlər.
Xatırladaq ki, müsabiqə 2019-cu il 12-14 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcəkdir.