İngilis dilində danışmağı öyrənək!

"American Academy" Təhsil Mərkəzinin 162 nömrəli məktəbdə təşkil olunan "Nümunəvi məktəbli" ingilis dili kurslarının ilk məşgələlərinə start verildi. 1-10-cu sinif şagirləri arasında təşkil olunmuş məşğələlərdə şagirdlərin dinləyib anlama, oxuma, yazma və danışma bacarıqlarının ən müasir metodlarla formalaşdırılması ön plana çəkilir. Şagirdlər ingilis dilini öyrənməyə böyük həvəs və səy göstərir.