"Ağ at"lı oğlanın zəfəri

"Ağ at " şahmat klubunun üzvü, məktəbin 5-ci sinif şagirdi Amin Məmmədli klubun 29 noyabrda təşkil etdiyi "Payız 2018" adlı təsnifat turnirində III yerin qalibi olaraq, diploma layiq görülmüşdür. İstedadlı şagirdimiz Amin dərs əlaçısı olmaqla yanaşı, həm də dərsdənkənar asudə vaxtını səmərəli keçirməyə önəm verir. Belə ki, Amin eyni zamanda komanda üzvləri ilə birlikdə aprel ayının 12-də keçiriləcək “Gələcəyin mühəndisi” kosmik cihazların hazırlanması müsabiqəsinə də hazırlaşır.