1-ci yerin qalibi

İdmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərimiz bizi qazandıqları uğurlarla həmişə sevindirmişlər. Məktəbin 8 Ç sinif şagirdi Əlixan Rəhimov "Olimpsport" jurnalının təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə azyaşlılar və yeniyetmələr arasında keçirlən Respublika turnirində 35 kq çəki dərəcəsində uğurlu çıxış nümayiş etdirərək I yerə layiq görülmüşdür. Yeri gəlmişkən, qeyd edək ki, bu uğur Əlixanın imza atdığı ilk uğur deyil. Məktəbimizin kollektivi Əlixanı artıq neçə-neçə yarışların qalibi kimi tanıyır. Onun arzusu nüfuzlu beynəlxalq idman yarışlarında uğur qazanmaq və gələcəkdə peşəkar idmançı olaraq, Azərbaycan himninin sədalaraı altında Azərbaycan bayrağını xarici ölkələrdə dalğalandırmaqdır.