“İnteqrativ dərsliklər" mövzusunda seminar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin qalib layihəsi olan “İnteqrativ dərsliklər” mövzusunda Səbail rayonu 162 nömrəli tam orta məktəbdə pedaqoji kollektivin iştitrakı ilə seminar keçirildi. Tədbir zamanı layihə rəhbəri 163 nömrəli məktəbin direktoru Sevil Cavadova və digər ekspertlər inteqrativ dərsliklərin hazırlanmasının bu gün üçün zəruriliyindən bəhs etdılər. Həmçinin qeyd olundu ki, gələcəkdə fənlərin inteqrasiya edilməsi yolu ilə yaradılacaq dərsliklər və onlar əsasında tədris olunacaq dərslər şagirdlərin müxtəlif bilikləri eyni müstəvidə birləşdirərək öyrənməsinə və tətbiq etməsinə şərait yaradacaqdır. Disskusiya şəraitində keçən seminarda layihə rəhbəri müəllimlərin suallarını cavablandırdı.