"Uğur üçün tədris"

Cari tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və British Council-ın (Britaniya Şurasının Azərbaycandakı filialı) əməkdaşlığı çərçivəsində"Uğur üçün tədris" layihəsi həyata keçiriləcəkdir. Layihə layihəyə cəlb olunmuş ingilis dili müəllimlərinin ingilis dilinin tədrisi və qiymətləndirilməsi bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır.
Layihə çərçivəsində ilkin olaraq ingilis dili müəllimlərinin British Council-ın peşəkar təlimçiləri tərəfindən dərs müşahidələri aparılacaqdır. Daha sonra sözügedən müəllimlər ingilis dilində lüğət, qrammatika, oxu, yazı, dinləmə və danışıq bacarıqlarını ölçməyə imkan verən diaqnostika xarakterli Beynəlxalq Aptis imtahanında iştirak edəcəkdir. Bu il sözügedən layihəyə 162 nömrəli məktəbin ingilis dili müəllimləri də qatılmışdır.