Asudə vaxtdan səmərəli istifadə edək!

Asudə vaxtlarında idmanın müxtəlif növləri ilə məşğul olan şagirdlərimiz bizi qazandıqları uğurlarla sevindirməkdə davam edirlər. Məktəbin 8 A sinif şagirdi Heydər Cəfərov "Olimpsport" jurnalının təşkilatçılığı ilə Yunan-Roma güləşi üzrə azyaşlılar və yeniyetmələr arasında keçirlən Respublika turnirində 67 kq çəki dərəcəsində uğurlu çıxış nümayiş etdirərək II yerə layiq görülmüşdür.