"Lego education" layihəsinə start verildi


Təhsil Nazirliyinin "Lego education" layihəsinə respublika üzrə qoşulan 15 təhsil müəssisəsindən biri də 162 nömrəli məktəbdir. Danimarka istehsalı olan təhsil robotları və digər inventarlar artıq məktəbimizə göndərilmişdir. Təhsil robotlarının istifadəsi informatika və fizika fənnlərinin tədrisində nəzərdə tutulmuşdur. Məqsəd müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsinin təmin olunmasına şərait yaratmaqdan ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək, onlara lazım olan modelləri hazırlayacaq və modelin hərəkətə gəlib, verilən tapşırıqları yerinə yetirə bilməsi üçün kompüterdə verilən nümunələr əsasında həm verilən təlimat əsasında, həm də öz təxəyyüllərinə uyğun primitiv proqramlar hazırlaya biləcəklər. Artıq məktəbin bir neçə informatika və fizika müəllimi yeni fənnlə bağlı təlimlərdə iştirak etmişdir. Layihənin təhsilimiz üçün böyük önəm daşıdığını nəzərə alan məktəb rəhbərliyi bu məqsədlə layihənin həyata keçirilməsi üçün müəyyən işlər görməyə başlamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi