İngilis dilini öyrənək!

Heç kəsə sirr deyil ki, bir çox ingilis dili müəllimi dil öyrənmək üçün şagirdlərə söz əzbərləməyi məsləhət görürlər. Müasir tədris metodları isə bunun əksini söyləyərək, sübut etməyə çalışır ki, dil öyrənərkən hər şey kompleks şəkildə olmalıdır. Əsas olan dili hansı məqsədlə öyrənmək istəyidir. Sadəcə söz əzbərləməklə dil öyrənmək mümkün deyil. Hal-hazırda orta məktəblərdə 1-ci sinifdən 11-ci sinfə kimi ingilis dili fənninin tədris olunmasına baxmayaraq orta təhsil pilləsinin sonunda şagirdin ingilis dilində sadə cümlələri qurmaqda çətinlik çəkmələrinin şahidi oluruq. Bunun səbəbi isə ingilis dili müəllimlərinin özlərinin ingiliscə danışa bilməməsi, ingilis dili dərsini sinifdə Azərbaycan dilində aparmaları və uşaqları sadəcə bir istiqamətdə öyrətmələridir. Bu məqsədlə ənənvi dərslərə son qoyaraq, öz fəaliyyətini yeni metodlar üzərində qurmağı qarşısına məqsəd qoyan 162 nömrəli məktəbin ingilis dili fənn metodbirləşməsinin üzvləri "American Academy " Təhsil Mərkəzinin təcrübəli əməkdaşlarının köməyi ilə öz dil səviyyələrini müəyyənləşdirmək məqsədi ilə müsahibədə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi