Texniki və humanitar təmayüllü 10-cu siniflərdə monitorinq

Yeni dərs ilində komplektləşdirilmiş texniki və humanitar təmayüllü  10-cu siniflərdə dərs ilinin ilk monitorinqi keçirildi. Adaptasiya dövrünü geridə qoyan 10-cular Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilən  monitorinqdə böyük məsuliyyət və eyni zamanda həvəslə iştirak etdilər. Monitorinqdə məktəbin 10-cu siniflərində təhsil alan 74 şagird iştirak etdi. Monitorinqin keçirildiyi sinif otaqları  ingilis dili fənnindən dinləyib anlama (listening) meyarlrının həyata keçirilə bilməsi üçün texniki vasitələrlə təmin olunmuşdu. Ümumiyyətlə, məktəbin Fəaliyyət Planında monitorinqlərin hər fənn üçün ildə dörd dəfə keçirilməsi planlaşdırılmışdır.Texniki və humanitar təmayüllü 10-cu siniflərdə növbəti monitorinqin digər əsas fənlər üzrə keçirilməsi planlaşdırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi