Müəllimlər III Beynəlxalq Təlim Konfransında

16-17 noyabr tarixlərində Azərbaycan Müəllim İnkişaf Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə layihəsi olan "Öyrənmənin qiymətləndirilməsi" mövzusunda III Beynəlxalq Təlim Konfransı keçirildi Bu konfransda məktəbimizi ibtidai sinif müəllimi Sona Əliyeva və fiziki tərbiyə müəllimi Aida Əzizova təmsil edirdi. Konfransın məqsədi öyrənmənin diqqət mərkəzinə çəkilməsindən ibarət idi. Konfransda əsasən şagirdlərin təlim keyfiyyətlərinin yaxşılaçdırılmasında maraqlı olan müəllimlər, məktəb direktorları və digər təhsil işçiləri cəlb olunmuşdu. Konfrans iştitakçıları Xədicə Cəfərova, Karli Maquayr, Stiven Kruks, Hanna Filips, Ket Syuell və s. məruzəçilərin çıxışlarını dinlədilər.