Şagirdlər talassemiya xəstəliyi haqqında maarifləndirildi

 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi""ndə "Şagirdlərin talassemiya xəstəliyi haqqında maarifləndirilməsi" mövzusunda layihə ilə qalib gəlmiş Səbail rayonu 329 nömrəli məktəbin biologiya müəllimi Vüsalə Süleymanova məktəbimizin qonağı olaraq yuxarı sinif şagirdləri ilə görüş keçirdi.9-11-ci sinif şagirdlərinin iştirakı ilə keçirilmiş seminarda layihə rəhbəri şagirdlərə gendən genə ötürülən talassemiya xəstəliyinin fəsadları, talassemiya daşıyıcıları, müayinə, müalicə və xəstəliyin qarşısının alınması yollarından bəhs etdi. Seminar qarşılıqlı disskusiya şəraitində keçdi. Tədbirin sonunda i.tirakçılara maarifləndirici bukletlər paylandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi