Kikboksinqçi şagirdin növbəti uğuru

Məktəbin rus bölməsinin 5 R sinif şagirdi Həsənli Əziz dərs əlaçısı olmaqla yanaşı, eyni zamanda həm də dərsdənkənar vaxtlarda idmanın kikboksinq növü ilə də məşğul olur. Əziz bu yaxınlarda öz növbəti uğuruna imza atmışdır. Belə ki, bacarıqlı şagirdimiz Azərbaycan Respublikası Kikboksinq Federasiyası Səbail İdman klubunun təşkilatşılığı ilə keçirilən idman klubları arasında "Kikboksinq" idman növü üzrə keçirilən yoldaşlıq görüşündə 45 kq çəki dərəcəsində 1-ci yerə layiq görülmüşdür. Əzizı məktəb kollektivi adından qazandığı uğura görə təbrik edir və öz idman kareyerasını gələcəkdə də davam etdirərək, peşəkar idman ustası kimi fəaliyyət göstərməsini arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi