Bayrağımız qürur mənbəyimizdir!

Noyabr ayının 8 - də 162 nömrəli məktəbdə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayrağımız qürur mənbəyimizdir!" mövzusunda təntənəli tədbir keçirildi. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail rayon komitəsinin sədri Mükafat Abbasov, Respublika Bədii Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Məhəmməd Novruzov, məktəbin müəllimləri , şagirdləri və valideynlər iştirak etdilər.Tədbirin rəsmi hissəsini giriş sözü ilə açan məktəbin direktoru Sevinc Abbasova qonaqları salamalayaraq, tədbirin rəsmi hissəsini açıq elan etdi. Daha sonra qeyd olunan günün tarixi, əhəmiyyəti və zəruriliyindən haqqında söhbət açan S.Abbasova sözü qonaqlara verdi. M.Abbasov tədbir iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik edərək, təhsildə fərqlənən müəllimləri təmsil etdiyi qurumun adından Fəxri Fərman və medalla təltif edərək, müxtəlif hədiyyələrlə təbrik etdi, kollektivə uğurlar arzuladı. Məktəbin daha 8 müəlliminə isə göstərdikləri uzunmüddətli və fasiləsiz pedaqoji fəaliyyətə görə "Əmək veteranı" kitabçası verildi. Tədbirin bədii hissəsində isə söz 162 nömrəli məktəbin şagirdlərinə və Respublika Bədii Uşaq Yaradıcılıq Mərkəzinin nümayəndələrinə verildi. Maraqlı konsert proqramı ilə çıxış edən iştirakçılar seyrçilərə möhtəşəm bayram əhval-ruhiyyəsi yaşatdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi