Monitorinqin nəticələri araşdırılır

Yaxın günlərdə 9-cu siniflər arasında Azərbaycan dili, riyaziyyat və ingilis dili fənni üzrə keçirilmiş I məktəbdaxili monitorinqdə şagirdlərin cavablarının araşdırılaraq təhlillərin aparılması prosesi davam edir. Təhlillər ayrı-ayrı siniflər, buraxılış fənlərinin nəticələri üzrə aparılır. Aparılan təhlillər eyni zamanda həmin siniflərdə dərs keçən fənn müəllimlərinin reytinq cədvəlinin doğru tərtib olunmasına da yardımçı olacaqdır.