Balaca şairə

162 nömrəli məktəbin daha bir istedadlı şagirdini sizə təqdim edirik: 3 A sinif şagirdi, balaca şairə Gülnur Şükürzadə! Gülnurun sinəsində döyünən poeziya ilə döyünən ürək və sərhəd tanımayan müşahidəçilik qabiliyyəti onun ətrafında baş verən hadisələrə yaşıdlarından daha fərqli yanaşmasına səbəb olur. Gördüklərini və eşitdiklərini saf uşaq dünyasının süzgəcindən keçirərək ağ vərəqlərə yazan balaca şairə gəlcəkdə jurnalist olmaq arzusundadır! Gülnur həm də dərs əlaçısı və müəllimlərinin sevimlisidir.