Ehtiyat dərsliklər sınaq mərhələsində

Təhsil Nazirliyinin 24.11.2016-cı il tarixli 611 qeydiyyat nömrəli sərəncamına əsasən I siniflər üçün Azərbaycan dili və riyaziyyat fənni üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutu Tədris Resursları Mərkəzi tərəfindən ehtiyat dərsliklər hazırlanmış və onların sınaqdan keçirilməsi layihəsinə start verilmişdir. Bu məqsədlə Bakı şəhəri üzrə 44 məktəb seçilmişdir ki, onlardan biri də 162 nömrəli məktəbdir.
Sınaqdan keçməsi üçün təqdim edilmiş dərslik komplekti üç komponentdə dərslik, iş dəftəri, metodik vəsaitdən ibarətdir və 1-ci yarımil üçün nəzərdə tutulmuşdur. Dərslik komplektində milli və beynəlxalq təcrübəyə əsaslanan bir sıra yeni yanaşmalar öz əksini tapmışdır. Sınağın keçirilməsində əsas məqsəd həmin yeniliklərin tədris prosesində effektivliyini müəyyən etmək və növbəti tədris ilinə qədər kütləvi istifadə üçün daha da təkmilləşdirməkdir. Dərslik müəllifləri Aysel Xanaliyeva və Gülnar Aşurova layihənin necə həyata keçirildiyini yerindəcə görmək məqsədi ilə 162 nömrəli məktəbdə olaraq, 1A və 1B siniflərində olmuş, dərsləri dinləmiş və təcrübəli ibtidai sinif müəllimləri Səbinə Rəşidova, Şəlalə İsmiyevaya öz tövsiyyələrini vermişlər.