Hədəfimiz prioritet fəaliyyət istiqamətləridir

Hədəfimiz prioritet fəaliyyət istiqamətləridir
Təhsil naziri Ceyhun Bayramovun “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində qeyd edildiyi kimi, növbəti tədris ilində şagirdləri davamlı olaraq zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə mövcud qanunvericiliyə uyğun baxılıb təkliflərin verilməsi və prioritet fəaliyyət istiqamətlərindən biri olması hədəf seçilmişdir. Bütün bunları rəhbər tutan 162 nömrəli məktəbiməktəbin müəllim heyəti metodiki bacarığını təkmilləşdirmək məqsədi ilə mütəmadi olaraq Təhsil Nazirliyi və BŞTİ-nin həyata keçirdiyi bir çox layihələrdə iştirak edir. Belə ki, cari dərs ilində müəllimlərin bir çoxu TDM-nin təşkil etdiyi təlim və seminarlarda,TN-nin “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində “İnformatika” fənni üzrə TİPİİ nəzdində keçirilmiş ixtisasartırma kurslarında, Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlıq çərçivəsində “Sinfin idarəolunması” mövzusunda 24 akademik saatı əhatə edən təlimdə, Azerbaijan Psychology and Psychotherapy Association APPA Təhsil Psixologiyası Departamenti "Təhsilə Dəstək" layihəsi çərçivəsində təhsildə peşəkarlığın yüksəldilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədi ilə keçirilən silsilə seminarlarda, Azərbaycan Respublikası Təhsil Nazirliyi və British Council-ın (Britaniya Şurasının Azərbaycandakı filialı) əməkdaşlığı çərçivəsində ingilis dli müəllimləri üçün həyata keçirilən "Uğur üçün Tədris" layihəsi və bu kimi bir çox başqa layihələrdə iştirak edərək,dövrün tələblərinə cavab verməyə çalışırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi