9-cu siniflərdə imtahan fənnləri üzrə monitorinq

27.10.2018-ci il tarixdə 162 nömrəli məktəbdə 9-cu siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə keçiriləcək 1-ci məktəbdaxili monitorinqə son hazırlıq işləri gedir. Monitorinqdə 102 nəfər şagirdin iştirak etməsi üçün 8 nəfərdən ibarət monitorinq komissiyası sual kitabçaları və cavab kartları hazırlamış, 5 sinif otağı hazır vəziyyətə gətirilmiş və 10 nəfər nəzarətçi müəllim təyin olunmuşdur. Bütün sinif otaqları ingilis dili fənnindən dinləyib anlama (listening) meyarlrının həyata keçirilə bilməsi üçün texniki vasitələrlə təmin olunmuşdur. Şagirdlərimizə uğurlar və zehin açıqlığı arzulayırıq!