Sinif rəhbərinin portfoliosu

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmovanın təşəbbüsü ilə 58 sinif komplektinin sinif rəhbərləri üçün vahid portfolionun hazırlanması prosesi başa çatdı. 2018-2019-cu tədris ili üçün nəzərdə tutulmuş sinif rəhbərlərinin potfoliosunda sinif rəhbərinin iş planı, sinif saatlarının mövzuları və protokolları, çətin tərbiyə olunan şagirdlərlə iş dəftəri, valideyn iclaslarının protokolları, valideynlərlə görüş dəftəri və s. olması nəzərdə tutulmuşdur. Beləki, "Sinif rəhbərinin portfoliosu" məktəb rəhbərliyinə il ərzində şagirdlər, onların valideynləri ilə pedaqoji və metodiki işin düzgün qurulmasını, sinif saatlarının düzgün təşkil edilməsini, şagird toplantılarını, valideyn iclaslarıni və s. nəzarətdə saxlamağa imkan verəcəkdir.