9-cu sinifdə kimya dərsi

Məktəbin Fəaliyyət planının 1.1.1.9-cu bəndinə əsasən 9 B sinfində müəllim Elnarə Rəşidovanın "Kalsiumun sənayedə alınan mühüm birləşmələri" mövzusunda kimya dərsi dinləndi. Dərsin dinlənilməsində məqsəd tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnməs, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallöğı səviyyəsinin öyrənilməsi, müəllim-şagird münasibətlərinin hansı istiqamətdə qurulmasını izləməkdən ibarət idi. Şagirdlərin təlim tapşırığını uğurla həll etməsi müəllimin onların potensial imkanlarını nəzərə almasından xəbər verirdi.